DÜNYA


İranda ticarət gəmisi batıb

İranın cənubunda Hörmüzqan vilayətinin Şəhid Rəcayi limanında yüzlərlə konteyneri olan ticarət gəmisi batıb. İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Hadi Haqşünas bildirib ki, gəminin 14 nəfərlik ekipaj heyəti xilas olunub və bir nəfər yaralanıb. Ekipaj heyətinin üzvləri Hindistan vətəndaşlarıdır.