Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə Çanaqqala zəfərinin 104-cü ildönümü qeyd olunub

19.03.2019 [14:02]

Xəbərin mətni
Türkiyənin Çanaqqala şəhərində 1915-ci il şəhidlərini anma və Çanaqqala dəniz döyüşlərində qələbənin 104-cü ildönümü münasibətilə rəsmi mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, anım mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər.