DÜNYA


Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa qərarını elan edib. AZƏRTAC Qazaxıstanın Xabar24 televiziyasına istinadla xəbər verir ki, seçkilərə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomar Tokayev icra edəcək. Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır