SİYASƏT


Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradı izləyib. Paradda fəxri qonaq qismində müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib. Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.