Azərbaycan Dövlət İnformasiya Agentliyi

Norveç sahillərində kruiz layneri qəzaya uğrayıb

23.03.2019 [23:59]

Norveç sahillərində əlverişsiz hava şəraitində “Viking Sky” adlı kruiz layneri qəzaya uğrayıb.Gəminin sərnişinləri helikopter vasitəsi ilə təxliyyə olunur. İçərisində 1300 sərnişin olan gəmidən hələ ki, 100 nəfərin təxliyyə edildiyi bildirilir. 6-8 metr hündürlüyə malik dalğalar xilasetmə işlərini çətinləşdirir.