DÜNYA


Norveç sahillərində qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

Norveçin qərb sahillərində mühərriki dayanmış gəmidən sərnişinlərin təxliyəsi davam etdirilir. AZƏRTAC xəbər verir ki, xilasetmə xidmətləri "Viking Sky" gəmisində olan 1300 sərnişindən 338 nəfərini artıq təxliyə edib. Güclü külək və hündürlüyü 6-8 metrə çatan dalğalar xilasetmə işlərini çətinləşdirir. Hava şəraiti nəzərə alınaraq təxliyə helikopterlər vasitəsilə həyata keçirilir.