Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yığılması çətin, bişirilməsi rahat - quzuqarnı göbələyi

25.03.2019 [13:53]

Xəbərin mətni
El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bir çoxunun adını belə eşitmədiyi quzuqarnını meşəliklərdən martın əvvəllərindən başlayaraq cəmi 20-25 gün ərzində toplamaq olar. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir. Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir.