Prezident İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşüb
28.03.2019 [21:04]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını dedi.