Bu gündən sosial müavinətlər artdı
Uşağın anadan olmasına görə 200 manat, dəfn üçün ödənilən sosial müavinət 300 manata qaldırılıb
01.04.2019 [12:46]
Aprelin 1-dən Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamına əsasən sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artıb.