DÜNYA


İranda 150 mindən artıq insan evləri boşaldır

İranın Lorestan vilayətinin Xürrəmabad rayonunun eyni adlı şəhərində 150 mindən artıq insan evlərini boşaldır. Bunu İranın Lorestan vilayəti valisinin abadlıq məsələləri üzrə müavini Əhməd Muradpur deyib. Ə.Muradpurun sözlərinə görə, Xürrəmabad rayonunda güclü yağış və çayların daşması nəticəsində fövqəladə vəziyyət elan olunub.