Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub
03.04.2019 [15:39]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Bakı Dəmir Yolu Vağzalında əvvəlcə Qəbələ dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.