RƏSMİ


Prezident İlham Əliyev Rusiyanın sənaye və ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğuladı.