SİYASƏT


Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir. Bu siyasəti Ulu Öndər həyata keçirirdi. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk şəhərcik salınmışdı. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında deyib.