Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polşada qatar təcili yardım maşını ilə toqquşub

06.04.2019 [11:14]

Polşanın Puşikovo şəhərində qatar dəmiryolu keçidində təcili tibbi yardım maşını ilə toqquşub. Hadisə nəticəsində iki tibbi işçisi – həkim və feldşer hadisə yerindəcə həlak olub, sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə vaxtı maşında pasiyentin olmadığı bildirilir.