SİYASƏT


AŞPA-da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə bağlı panel iclası keçirilib

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və ölkəmizin AŞPA yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclası keçirilib.