DÜNYA


Qara dəliyin mövcudluğu faktla təsdiqləndi

Avropa Cənub Rəsədxanasının alimləri ilk dəfə qara dəliyin fotosunu göstəriblər. Alimlər bildiriblər ki, bu obyekt Yerdən 5 milyard kilometr uzaqda yerləşir. Tədqiqatçılar qara dəliyi “Event Horizon” teleskopu ilə çəkiblər. Bununla bağlı təşkil edilən konfransda alimlər qeyd ediblər ki, əvvəllər qara dəliyin mövcudluğu nəzəri cəhətdən məlum idisə, artıq bu, faktla sübut edildi. Yeni görüntülərin qara dəliyi öyrənmək daha çox informasiya verəcəyi söylənilir.