Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir ilin yüksək nəticələri

11.04.2019 [10:58]

Düz bir il bundan əvvəl seçicilərin 86,02 faiz səsini toplayan Prezident İlham Əliyev inamlı qələbə qazanaraq növbəti dəfə dövlət başçısı seçildi. Xalqın etimadını qazanaraq növbəti 7 ilə Azərbaycan Respublikasının Prezidenti olan İlham Əliyev fəaliyyət hədəflərini müəyyən edərək işə başladı. Azərbaycan Prezidenti ölkənin inkişaf etdirilməsi istiqamətində yeni konturlar müəyyən etdi. Ötən bir il ərzində qəbul edilən qərarlar çevink şəkildə icra olunaraq öz nəticələrini verdi.