DÜNYA


Wikileaks-n təsisçisi Culian Assanc Londonda həbs olundu

London polisi son illər Ekvadorun Britaniya səfirliyində sığınacaq tapan WikiLeaks-in təsisçisi Culian Assancı həbs edib. Səbəb isə Ekvador hökumətinin ona öz ölkəsində sığınacaq verməməsi ilə bağlıdır. Bundan sonra polis səfirliyə dəvət edilib və Assanc oradan çıxarılaraq həbsxanaya aparılıb. Onun həbsi ilə bağlı məhkəmə qərarı 2012-ci ildə verilmişdi. Culian Assanc 2010-cu ildə ABŞ dövlətinə məxsus məxfi sənədlərin yayılmasına görə ittiham olunaraq beynəlxalq axtarışa verilmişdi. 2012-ci ildən isə Ekvadorun Londondakı səfirliyində gizlənirdi.