SİYASƏT


CNN Türk TV: Azərbaycan Prezidenti səmərəli islahatlar sayəsində xalqın dəstəyini qazanıb

Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili ilə bağlı Türkiyənin nüfuzlu CNN Türk TV kanalında geniş reportaj yayımlanıb. AZƏRTAC xəbər verir ki, reportaj Azərbaycan xalqı ilə Prezident arasındakı birliyi tərənnüm edən fikirlərlə başlayır. Sonra Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri barədə məlumat verilir.