Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bütün ixtisaslar üzrə kursantların intensiv hazırlığı davam edir

13.04.2019 [15:29]

Xəbərin mətni

“Qaraheybət” təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının bütün ixtisaslar üzrə intensiv hazırlığı davam edir.
Təlimlərdə şəxsi heyət mərhələlərlə zirehli döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikaların ştat silahından və artilleriya qurğularından praktiki döyüş atışları icra edir.