DÜNYA


Notr-Dam kilsəsində baş vermiş yanğında qədim dini sənət əsərləri yanğından mühafizə edilib

Parisdəki Məryəm Ana katedralında baş vermiş yanğın söndürülüb. Yanğın təxminən doqquz saat davam edib. Yanğın katedrala ciddi ziyan vurub, binanın qüllələrindən biri aşıb. Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib. Katedralda saxlanılan qədim dini sənət əsərləri yanğından mühafizə edilib. Ehtimal edilir ki, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib. Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.