Azərbaycan Dövlət İnformasiya Agentliyi

Raket və artilleriya bölmələri döyüş atışları icra edib

18.04.2019 [10:40]

Xəbərin mətni

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin  döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.
Məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.
Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI