Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
22.04.2019 [14:42]
Xəbərin mətni
Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Bu məktəb Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb. Məktəb üçün kirayəyə götürülən yeri 3 ay ərzində Fransa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan İcması təmir edib.