İstanbulun Kağıthane rayonunda bina çöküb
22.04.2019 [16:56]
Xəbərin mətni
İstanbulun Kağıthane rayonunda inşaat işlərinin aparıldığı ərazidə istinad divarı çöküb. Hadisə ilə əlaqədar ərazidə on bina boşaldılıb. Yaranan sürüşmə nəticəsində boşaldılan binalardan birində də çökmə meydana gəlib. İki avtomobil uçqunun altında qalıb.