CAR-da leysan yağışları nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb
25.04.2019 [17:57]
Xəbərin mətni
Cənubi Afrika Respublikasının şərqində yerləşən Kvazulu-Natal əyalətində leysan yağışları nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb.
AZƏRTAC SABC News telekanalına istinadla xəbər verir ki, əyalətin rəhbəri Sihle Zikalala bu məlumatı təsdiqləyib və minə yaxın insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.