DÜNYA


Çində dünyanın ən yüksəkdə yerləşən avtomobil tuneli istifadəyə verilib

Çinin Tibet muxtar regionunda dəniz səviyyəsindən 4750 metr yüksəklikdə, dağlıq ərazidə avtomobil tuneli istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu, dünyada ən yüksək ərazidə yerləşən avtomobil tunelidir. Bölgənin inzibati mərkəzi olan Lhasa şəhəri ilə Nyinqçi şəhərini birləşdirən magistral yolun üzərində yerləşən tunelin uzunluğu 5,7 kilometrdir.