Forumun plenar sessiyası: Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq
02.05.2019 [20:05]
Xəbərin mətni
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk plenar sessiya “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq” mövzusunda olub.
AZƏRTAC xəbər verir ki, sessiya Alfred Dik adına Vətəndaşlıq və Qloballaşma İnstitutunun direktoru və UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin təşkilatçısı Fethi Mansurinin moderatorluğu ilə keçib.