SİYASƏT


Forumun üçüncü plenar sessiyası "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzusunda olub

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə keçirilən üçüncü plenar sessiya “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin direktoru, professor Maykl Hardi müasir dövrdə miqrasiyanın qlobal miqyaslı prosesə çevrildiyini vurğulayıb.