ABŞ-da kimyəvi zavodda partlayış baş verib
04.05.2019 [12:38]
ABŞ-ın İllinoys ştatının Vokiqan şəhərində kimyəvi zavodda partlayış baş verib. Məlumata görə, partlayışda azı 4 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar. Hazırda partlayış zamanı zavodda olan işçilərin sayı dəqiqləşdirilir. Hadisənin səbəbləri araşdırılır.