Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Fani” qasırğası Banqladeşdə 6 nəfərin ölümünə səbəb olub

04.05.2019 [16:32]

Cənubi Asiyada tüğyan edən “Fani” qasırğası Banqladeşdə azı 6 nəfərin ölümünə səbəb olub. Qeyd edək ki, “Fani qasırğası” ötən gün Hindistanın şimal ştatlarında ciddi fəsadlar törədib. Banqladeşdə də şiddətli külək və yağıntılara səbəb olan qasırğa gün ərzində sürətini azaldıb.