RƏSMİ


“Azərxalça” ASC-nin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışında da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.