SİYASƏT


Mustafa Akış: TRT AVAZ-ın Türk Şurasının platforması olması fikrini dəstəkləyirik

Türkiyə dövləti olaraq TRT AVAZ-ın Türk Şurasının platforması olması fikrini dəstəkləyirik. Bu təklifin tam reallaşması istiqamətində səylər göstərməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış bildirib. O qeyd edib ki, TRT AVAZ türkdilli dövlətlərdə daha çox baxılan və qəbul olunan kanaldır. Bu səbəbdən kanalın Türk Şurasının platforması olması fikri daha realdır.