DÜNYA


ABŞ-da qətlə yetirilən Nail Salamovun qonşuları: O, gözəl ata idi

ABŞ-ın Pensilvaniya ştatının Vayomisinq şəhərində yaşayan azərbaycanlı Nail Salamov evinə basqın zamanı güllələnib. Philadelphia.cbslocal.com saytının yazdığına görə, insident yerli vaxtla axşam 22:00 radələrində Birçvud küçəsində baş verib. Şəhərin prokuroru Adams qatillərin tapılması üçün əməliyyata başlandığını deyib.

Wfmz saytının məlumatına görə, o, xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı evdə onun iki uşağı olub.

Təcili tibbi yardımı o özü çağırıb və onu iki qaradərili şəxs vurduğunu deyib.

Qonşuları bildirib ki, Nail Salamov çox sakit və uşaqları ilə vaxt keçirən bir ata idi. Onu həm də yaxşı dost olduğunu deyiblər. Onlar Nail Salamovun Rusiyadan olduğunu və ABŞ-da artıq 10 ilə yaxındır yaşadığını bildiriblər. Dostları qeyd edib ki, Salamov daim onlara köməklik göstərib, mehriban dost olub.