RƏSMİ


Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.