Avropanın ən böyük məscidinin açılışı olacaq
18.05.2019 [14:11]
Xəbərin mətni
Avropanın ən böyük məscidinin açılışı avqustun 23-də olacaq. Çeçenistanın Şali şəhərində tikilən məsciddə eyni zamanda 20 min nəfər ibadət edə biləcək.
Çeçenistan prezidenti Ramzan Kadırov tikinti işləri ilə tanış olub. Bu barədə o özünün Vkontankte sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb. Məsciddə həmçinin Quran hafizləri məktəbinin açılışı da gözlənilir.
Tikintisinə 2012-ci ilin dekabrında başlanılan məscid 5 hektardan artıq ərazidə inşa edilib. Günbəzinin hündürlüyü 43 metrə çatan məscidin ətraflarında hər biri 63 metr hündürlüyündə 4 minarə ucaldılıb.