Azərbaycan Dövlət İnformasiya Agentliyi

İranda qum fırtınası

18.05.2019 [15:22]

Xəbərin mətni

İranın Yəzd vilayətində baş verən qum firtınası səbəbindən orta məktəblərin şagirdləri təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, güclü külək Məncab səhrasının qumunu sovuraraq vilayətin şəhər və qəsəbələrinə gətirib.

İranın Hava Proqnozu Mərkəzi insanlara küçəyə çıxmamağı məsləhət görüb. Fırtına hələ də davam edir.