DÜNYA


Yunan gəmisinin Türkiyə korvetinə hücum anının GÖRÜNTÜLƏRİ

Türkiyə Dəniz Qüvvələri tərəfindən beynəlxalq sularda keçirilən “Denizqurdu-2019” təlimlərinə qatılan Türkiyəyə aid “Burgazada” korveti, Yunan hücum gəmisi “Kristalidis”in hücumuna məruz qalıb. Edilən xəbərdarlıqdan sonra bölgədən ayrılmağa məcbur olan Yunan gəmisinin beynəlxalq qaydalara əməl etmədiyi və naviqasiya təhlükəsizliyini pozduğu kameralarla qeydə alınıb. Təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, “Burgazada” korvetinə 200 metr məsafədən sahil tərəfdən yaxınlaşan Yunan hücum gəmisi daha sonra korvetin irəliləmə istiqamətində çox yaxın məsafədə manevrlər edib.