DÜNYA


Arnold Şvartseneggerə kimin hücum etdiyi məlum olub - GÖRÜNTÜLƏR

Bir müddət əvvəl Arnold Şvartseneggerə hücumun olması barədə nəlumat yayılmışdı. Afrikada idman tədbirində naməlum şəxs ona arxadan ayaqla zərbə vurmuşdu. 
Tədbir təşkilatçıları həmin şəxsin əvvəllər də bu hərəkətləri ilə diqqət çəkən "dəlisov fanat" olduğunu bildiriblər. Arnold Classic Africa tədbirinin təşkilatçısı Ueyn Prays deyib ki, fanat bu hərəkətini əvvəlcədən planlaşdırıbmış. 
Aktyor həmin şəxsdən şikayətçi olmayacağını bildirib. O həmin an heç onu kiminsə vurduğunu anlamadığını deyib. "Elə bildim ki, kimsə məni itələdi. Sonra videoda mənə təpik atdığını gördüm", - deyə o yazıb. 

Aktyor abunəçilərdən xahiş edərək həmin şəxsin sonradan qışqıraraq diqqət cəlb etməsi görüntüləri olan videonu paylaşmamağı da xahiş edib.