Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naməlum şəxs Eyfel qülləsinə belə dırmanıb

21.05.2019 [22:17]

Xilasedicilər yerli vaxtla saat 15:30-da Eyfel qülləsinə dırmanan şəxsi 6 saat sonra düşürə biliblər. Qüllənin ikinci mərtəbəsindən dırmanmağa başlayan şəxs üçüncü yəni sonuncu mərtəbəyə- 324 metrədək qalxıb və bundan sonra havadan asılı vəziyyətdə dayanıb. Naməlim şəxsin hansı məqsədlə Eyfel qülləsinə qalxması hələlik məlum deyil.