DÜNYA


Jurnalist canlı yayımda xoşagəlməz vəziyyətə düşdü

ABŞ-ın Fox telekanalının jurnalisti Stiv Dusi canlı yayımda küçədə insanlarla sorğu etmək istəsə də ona məhəl qoyan olmayıb. O, küçəni keçərkən telefondan istifadəyə görə cərimə nəzərdə tutan yeni qanuna münasibət öyrənməyə çalışıb. Lakin səhər saatlarında hamının işə tələsdiyi üçün yalnız bir nəfər onun sualına cavab verib.