Bu il dəmir yolu nəqliyyatı ilə 1 milyard dollarlıq yük daşınıb
23.05.2019 [23:29]
Bu ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 milyon 257 min 220 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 14 milyon 646 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 4 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 677 min 745 ton yükün dəyəri 228 milyon 227 min dollar təşkil edib.