CƏMİYYƏT


FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.