CƏMİYYƏT


“myGov” portalının təqdimatı olub

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə “Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı “myGov” portalının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə EHİM tərəfindən ərsəyə gətirilən və reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidin əsasını qoyan “myGov” layihəsinin təqdimatı ilə yanaşı, portalın mahiyyəti, üstünlükləri haqqında da ətraflı məlumat verilib.