İQTİSADİYYAT


Kənd təsərrüfatı naziri Fransanın Oksitani regionunun prefekti ilə görüşüb

Fransada səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov Oksitani regionunun prefekti Etyen Quyo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən islahatlar, aqrar sahənin inkişaf istiqamətləri, texnologiyaların tətbiqi, elmi araşdırmalar haqqında məlumat verilib. Həmçinin ölkəmizin Fransa regionları ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib.