RƏSMİ


Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Rəsmi qəbul Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı.

Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.