CƏMİYYƏT


Xaçmazda tullantı sutəmizləyici qurğular kompleksi tikilir

Xaçmaz rayonunda sutkalıq məhsuldarlığı 70 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksinin tikintisinin növbəti mərhələsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin mərhələdə çirkab suların sutəmizləyici qurğuya axıdılması üçün min metr, təmizlənmiş suyun isə qurğudan Qudyalçay hövzəsinə axıdılması üçün 1800 metr uzunluğunda, diametri 1400 millimetr olan su şəbəkəsi çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır