RƏSMİ


Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi məktuba görə minnətdarlığını bildirdi, bunu güclü tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi və son bir neçə gündə ABŞ Prezidenti tərəfindən iki məktubun ünvanlanmasını yüksək qiymətləndirdi.