İQTİSADİYYAT


Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi - Masallı Sənaye Məhəlləsindən REPORTAJ

Ölkəmizdə müasir texnika və texnologiyalarla məhsul istehsal edən texnoparkların və sənaye məhəllələrinin yaradılmasında məqsəd iqtisadiyyatın şaxələndirilməsi, bazara rəqabətqabiliyyətli məhsulun çıxarılması, yeni iş yerlərinin açılmasıdır. İndi respublikamızın bir sıra regionlarında texnoparklarla yanaşı, sənaye məhəllələri də fəaliyyət göstərir. Dövlət investisiyası ilə salınan bu sənaye məhəllələrinin hesabına ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şərait yaranıb, əhalinin istehsal və xidmət sahəsində məşğulluğu daha da artıb. Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsinə verilib. Hacıqabulda demək olar ki, işlər tam yekunlaşıb, Sabirabad da isə tikinti davam edir.