SİYASƏT


Bakıda “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forum keçirilib

Mayın 30-da Bakıda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forum keçirib.

AZƏRTAC xəbər verir ki, forumda dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, səfirlər, media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak ediblər.