SİYASƏT


Pekində Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Çin münasibətlərinin genişlənməsində yüksəksəviyyəli səfərlərin rolu böyükdür. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelində Pekində keçirilmiş 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı və səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü həm ikitərəfli əlaqələrin, həm də sözügedən təşəbbüs çərçivəsində əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərəcək.